![](https://www.aznews.tv/wp-content/uploads/2025/01/hakan-fidan-1024x576-1-780x470.jpg)
“Biz terror təşkilatı PKK/YPG-nin mövcud vəziyyətdən sui-istifadə etməməsi, silahı yerə qoyması və yeni idarəçiliyə qoşulması barədə müzakirələr apardıq”, – Fidan bildirib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, PKK/YPG-nin varlığının aradan qaldırılması an məsələsidir: “PKK/YPG terror qruplaşması Suriyada silahlarını mümkün qədər tez yerə qoymalıdır”.
Hakan Fidan onu da qeyd edib ki, Qərb kəşfiyyat təşkilatları region ölkələrinin təhlükəsizliyini pozmaq üçün terror təşkilatlarına sızırlar.