Dünya

Hakan Fidan: “Ahıska türklərinə dəstəyimizi davam etdirəcəyik”

 Türkiyə Xarici işlər naziri Hakan Fidan dünyanın müxtəlif ölkələrinə yayılmış sayı 500 minə çatan Ahıska türklərinə istənilən dəstəyi davam etdirəcəklərini bildirib.

Nazir Fidan “X” sosial media hesabında Ahıska türklərinin deportasiyasının ildönümü ilə bağlı paylaşım edib.

14 noyabr 1944-cü ildə Gürcüstanın Ahıska bölgəsində təxminən 100 min Ahıska türkünün vətənindən sürgün edildiyini xatırladan H.Fidan sürgün zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Fidan vətənindən didərgin düşmüş bütün Ahıska türklərinin dərdinə şərik olduğunu bildirib.

Nazir Fidan “Ahıska türklərinin vətənlərinə qayıtmalarının uğurla başa çatmasını qətiyyətlə dəstəkləyirik. Ahıska türklərinin vəziyyətini beynəlxalq platformalarda, xüsusilə Avropa Şurasında və Gürcüstan səlahiyyətliləri qarşısında daimi olaraq təqib edirik” deyib.

Gürcüstandakı ahıskalı ailələrin ehtiyaclarını ödəmək və yaşadıqları bölgələrdə iqtisadi cəhətdən inkişaf etmələri üçün layihələr həyata keçirdiklərini qeyd edən nazir Fidan ahıskalı gənclərə təqaüd imkanları təqdim etdiklərini açıqlayıb.

Bir çox ahıskalıya istisnai vətəndaşlıq və uzunmüddətli yaşayış icazəsi verdiklərini bildirən Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin başlaması ilə çətin vəziyyətdə olan ahıskalıları tək qoymadıqlarını, Türkiyəyə təhlükəsiz şəkildə çatmalarına köməklik göstərdiklərini qeyd edib.

“Sayı 500 minə çatan, dünyanın müxtəlif ölkələrinə yayılan Ahıska türklərinin birlik və şəxsiyyətlərini qoruyub saxlamaları və yeni nəsillərə ötürmələri üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”, deyə nazir qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button