Azərbaycanİran

Həşərudda kəndlilər həbs edildi

Şərqi Azərbaycan əyalətinin Həştərud (Sərəskəənd) mahalının bir neçə kəndində həbslər həyata keçirilib.

Bu barədə yerli hüquq müdafiəçiləri həbs olunanların ailələrinə istinadən məlumat yayıblar.

Məlumatda saxlanılanların Xoca Uyğur, Bayat, Ləmşan və Xorasanlu kəndlərinin sakinləri olduğu bildirilib.

Onlar bölgədə hakimiyyətə bağlı Qum və Çınqıl Zavodlarının qaydasız fəaliyyəti nəticəsində Qaranquçayın istiqamətinin dəyişməsinə etiraz ediblər.

Narazı kəndlilər həmin müəssisələr səbəbindən əkin və bağ sahələrinin ciddi ziyan gördüyünü bildiriblər.

Saxlanılanlardan 5-nin, Rəhmət Səidi, Cəfər Şərifi, Davud Şərifi, Hadi Şərifi və Əqil Talibinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Related Articles

Bir cavab yazın

Back to top button