Azərbaycanİran

Həsən Dəmirçinin vəfatından 6 il ötür

Təbrizdə tanınmış musiqiçi, Güney Azərbaycan Milli Hərəkatının fəalı Həsən Dəmirçinin vəfatının altıncı ildönümü münasibətilə bağlı mərasim keçirilib.

Tədbir mərhumun ailə üzvləri, yaxınları və Güney Azərbaycan Milli Hərəkatı fəallarının iştirakı ilə Təbrizin Vadi Rəhməti qəbiristanlığında, onun məzarı başında baş tutub.

Həsən Dəmirçi 1941-ci ildə Təbriz şəhərində anadan olub. O, 1981-ci ildə Təbrizdə küçələrdə ana dili ilə bağlı şüarlar yazdığına görə həbs olunub. 2006-cı ildə isə Xordad hadisələri zamanı Təbrizdəki etirazçılara 30 nəfərlik orkestri ilə konsert verdiyinə görə, eləcə də etirazlara qoşulduğuna görə musiqi məktəbi və orkestri ləğv edilmişdi.

Dəmirçi İran İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunaraq Təbriz Mərkəzi Həbsxanasına salınıb. Daha sonra vəkil Nağı Mahmudi ona qarşı verilmiş hökmdən şikayətçi olduqdan sonra Həsən müəllim bəraət qazanmış və 6 aydan sonra azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra dəfələrlə təzyiqlərə və təqiblərə məruz qalıb.

2009-cu ildə rəhbərlik etdiyi “Azərbaycan Musiqi Məktəbi” ETTELAAT əməkdaşları tərəfindən bağlanmışdı. Nəticədə 11 musiqi müəllimi işsiz, 200 tələbə isə təhsilsiz qalmışdı.

2015-ci ilin dekabr ayında İranda və Güney Azərbaycanda yaşayan 1046 türk fəalı Suriya türkmənlərinin qırğınına qarşı çıxaraq onlara dəstək bəyanatı imzalayıblar. Bəyanatı imzalayanlar arasında Həsən Dəmirçi də olub.

Dəmirçi 2015-ci ildə Bakıda “Borçalı” cəmiyyəti tərəfindən verilmiş “Türklüyə Xidmət Mükafatı”na görə təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button