Amerikada yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub. Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.
Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Nəimi Amiralın dostu Elnur Eltürk məlumat verib.
Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.
Xatırladaq ki, Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir