“Aznewstv” xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən biri CNN-ə açıqlamasında HƏMAS-ın azad edəcəyi girovların demək olar ki, hamısının uşaq olacağını bildirib. Digər mənbə isə qeyd edib ki, azad edilən girovlar arasında İsrail vətəndaşları və ikili vətəndaşlığı olan şəxslər də olacaq.
Bundan əvvəl NBC telekanalı bildirmişdi ki, İsrail və HƏMAS nümayəndələri girovların azad edilməsi ilə bağlı ilkin razılığa gəliblər. İndi İsrail hakimiyyəti bunu təsdiqləməlidir. İlkin razılaşma Fələstinin radikal HƏMAS hərəkatının saxladığı 50 qadın və uşağın 150-yə yaxın fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur. Qeyd edildiyi kimi, hələ ki, sayla bağlı dəqiqləşdirmə aparılır. Həmçinin, razılaşmaya əsasən, tərəflər 4-5 gün müddətinə atəşkəs və Qəzza zolağına yanacağın çatdırılmasını elan edə bilərlər.