Dünya

HƏMAS minlərlə yeni döyüşçünün xidmətə başladığını açıqlayıb

HƏMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında təlim keçmiş minlərlə yeni döyüşçünün silahlandırılaraq xidmətə başladığını açıqlayıb.

ANT xəbər verir ki, briqadaların sözçüsü Əbu Übeydə yayımlanan videomüraciətdə “Müharibənin davam etdiyi bu müddət ərzində pusqu qurma, bomba və raket istehsalı kimi müxtəlif təlimlər verərək minlərlə yeni döyüşçünün xidmətə başlamasına nail olduq”, – deyə bildirib.

9 aydır davam edən müqavimətin nə uğursuzluğa düçar olduğunu, nə də yumşaldığını müdafiə edən Əbu Übeydə hələ də Qəzzada kənardan silah və sursat dəstəyi olmadan döyüşdüklərini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button