ANT xəbər verir ki, bu barədə “Times of Israel” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iki mənbəsi bildirib ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəs zəmanəti tələb edir.
İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib.
Bu müddət ərzində İsrail və HƏMAS daimi atəşkəs barədə müddəanın da yer alacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.
İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasını mümkün etsə də, HƏMAS ehtiyat edir ki, müvəqqəti atəşkəs İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək.