
Bunu “Microsoft”un baş direktoru Bred Smit deyib.
O, ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin iclasında etdiyi çıxışında İran hökumətinə bağlı haker qruplarının təhdidləri barədə xəbərdarlıq edib.
“Biz İran İslam Respublikası, Çin, Rusiya və Şimali Koreyada güclü düşmənlərlə qarşılaşırıq, onlar irəliləyir, daha aqressivləşir və öz hücumlarını böyük sürətlə həyata keçirirlər”, – deyə “Microsoft”un baş direktoru bildirib.