Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

HƏMAS-ın Siyasi Büro rəhbərinin üç oğlu və nəvələri öldürüldü

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin zərbəsi nəticəsində Qəzza zolağında onun üç oğlu və bir neçə nəvəsinin həlak olduğunu təsdiqləyib.

Haniyənin açıqlamasını “Əl Cəzirə” telekanalı yayıb.

HƏMAS lideri, İsrailin əməliyyatı nəticəsində ümumilikdə “ailəsinin azı 60 üzvünü” itirdiyini bildirib.

İsmayıl Haniyə özü hazırda Dohada yaşayır.

Daha əvvəl “Əl Məyadin” telekanalı Haniyənin üç oğlu və bir neçə nəvəsinin öldüyü barədə məlumat vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button