Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

HƏMAS-ın hücumları nəticəsində 900-dən çox israilli həlak olub

Fələstinin radikal HƏMAS hərəkatının hücumları nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 616 nəfər yaralanıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Qəzza zolağından İsrailə azı 4,5 min raket atılıb, İsrail ordusu isə ümumilikdə 1 290 hədəfi vurub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.

İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button