Site icon Aznews TV

“HƏMAS bütün girovları azad edənə qədər dayanmayacağıq” – Bayden

Aznewstv xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“HƏMAS terrorçuları tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər biz dayanmayacağıq”, – o, əmin edib.

Bayden izah edib ki, o, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının nəticə verməsi səylərində şəxsən iştirak edir. Bununla bağlı o vurğulayıb ki, artıq 50-dən çox insan HƏMAS-ın girovluğundan azad edilib.

İsrail keçən həftə girovların azad edilməsi müqabilində HƏMAS ilə Qəzza zolağında müvəqqəti atəşkəs haqqında saziş imzalayıb. İlk mübadilə noyabrın 24-də baş tutub. HƏMAS 24 nəfəri – İsrailin 13 vətəndaşını və 11 əcnəbini azad edib.

Exit mobile version