Həmədanda motosiklet hadisələrinin sayı durmadan artır. Bununla bağlı Həmədan şəhər Yol Polisi İdarəsinin rəisi Fərrux Camali bilgi verib. Verilən məlumata görə, hazırda şəhərdə motosiklet sıxlığı qeydə alınır. Motosiklet sürücülərinin sürət həddini aşması və insanların sıx toplaşdığı məkanlarda hərəkəti isə olayları qaçılmaz edir. Özəlliklə də son illərdə elektrikli motosikletlərdən geniş istifadə bu problemin yayğınlaşmasına nədən olub.
Həmədanda motosiklet qəzalarının sayı artıb
