Azərbaycan

Həmədanda ilk aşıq musiqi festivalı başladı

Həmədanda ilk aşıq musiqi festivalı başladı. Bu barədə Həmədan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısıƏhmədrza Ehsani məlumat verib.

Əhmədrza Ehsaninin mediaya verdiyi məlumatına görə, fevralən 9-da Həmədanın ilk aşıqlar musiqi festivalı 18 musiqi qrupunun iştirakı ilə əyalətin Kəbudərahəng şəhərində başlayıb.

Fevralın 3 və 4-ü tarixlərində keçirilməsi nəzərdə tutulan festival iranlı din xadimlərindən birinin öldüyünə görə ertələnərək fevralın 9 və 10 tarixlərinə salınıb.

Əhmədrza Ehsani bundan öncə festivalla bağlı mediaya verdiyi açıqlamada festival muğam və Aşıq musiqisinin qorunub saxlanılması, əyalətin bu sahədəki mövcud potensialının ortaya çıxarılması və Həmədan sənətçilərinin tanıdılması məqsədilə keçiriləcəyini demişdi.

O, festivalda musiqi ifasi ilə yanaşı bu sahədə olan kitabların və tədqiqat əsərlərinin, məqalələrində yer alacağını və dəyərləndiriləcəyini qeyd edib.

Qeyd edək ki, bundan öncə 2019-cu ilin fevral ayında Həmədan şəhərinin “Buəli” mədəniyyət kompleksində “Aşıqlar və Musiqilər” adlı festivalın keçirilməsi planlaşdırılmışdı.

Festival bir sıra hökumət qurumları və panfarsist cərəyanların basqısı nəticəsində baş tutmayıb.

Tədbirə qatılmaq üçün mədəniyyət kompleksinə axın edən həmədanlılar içəri buraxılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button