
Məlayir Vilayətinin Yaşam Çevrəsini Qoruma İdarəsinin rəisi Abbas Nəccari deyib: “bu ilin Mordad ayıda 3 qanunsuz ovçu Ləşgərdər qoruğunda bəlli edilib tutuqlanaraq məhkəməyə verilib. Mordad ayının əvvəllərində 2 motosikletlə Ləşgərdər qoruğuna girmiş 4 nəfər ovçu 2 heyvana atəş açıb. Yaşam çevrəsini qoruyan məmurların təqibi ilə motosikletlərdən biri 2 insanı ilə bölgənin kəndlərindən birində tutuqlanıblar. Eləcə də başqa 2 nəfər də bəlli edilib tutuqlanıb. Dadsitanidən evdə axtarış hökmü alınmaqla bu ovçunun evində 1 baş qoç cəmdəyi kəşf olunub və fərd isə məhkəməyə verilib.”
Abbas Nəccari habelə bildirib ki, “Vilayətin dampizişki idarəsinin əməkdaşlığı ilə bu ilin əvvlindən Ləşgərdər və Gülpərabad qoruqlarında yerləşən mal-qaraya 85 min 618 doz vaksin vurulub. Ləşgərdər qoruğunda 35 min 130 baş mal-qara vaksinasion olunub. Bu vaksinasion Malt qızdırması, Qanqareya, Antrotoksimi və bu kimi mərizliklərə qarşı olunub.