Bu barədə Hədisin bacısı Əfsun Nəcəfi məlumat yayıb.
O, bildirib ki, təhlükəsizlik məmurları evlərinə hücum edərək ailə üzvlərimiz Cabir Nəcəfi, Əmir Hüseyn Nəcəfi, Şirin Nəcəfi və Negin Nəcəfini həbs ediblər.
Əfsun Nəcəfi evlərində axtarış aparıldığı, şəxsi əşyalarının müsadirə edildiyini bildirib.
“Bu, bacımın öldürülməsinin ildönümünün yaxınlaşması və bizi susdurmaq üçün atılan addımdır”,- Əfsun Nəcəfi qeyd edib.
Saxlanılanların hara aparıldıqları barədə məlumat verilmir.
Qeyd edək ki, sentyabrın 21-ü gecə saatlarında Kərəc şəhərinin “Erəm” buvarında keçirilən dinc etiraz aksiyası zamanı azərbaycanlı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib.