
“Müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən 35 müəssisəyə, 10 Rusiya və Belarus vətəndaşına qarşı sanksiyalar tətbiq edilir.
Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya əsasında qəbul edilən bu qərar Rusiyanın Ukraynaya müdaxiləsini birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, – Vonq deyib.
Avstraliyalı nazir “Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik” müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb. (azvision)