Azərbaycanİran

Həbsdə olan azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb

Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən işçi hərəkatı fəalı Rza Şəhabinin vəziyyətinin ağırlaşmasına baxmayaraq, onun müalicəsinə icazə verilmir.

Həbsxana rəhbərliyi həkimlərin Rza Şəhabinin həbsxanadan qıraq xəstəxanada təcili əməliyyat edilməsi barədə arayış və tövsiyələrinə əhəmiyyət vermir.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.
O, “hökumətə qarşı təbliğat” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button