Site icon Aznews TV

Həbsdə olan azərbaycanlı milli fəal Əzimi Qədimə qarşı yeni ittihamlar irəli sürülüb

Bir ilə yaxındır həbsdə olan azərbaycanlı fəal  SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən təzyiqlərə məruz qalıb və “milli hərəkat təşkilatlarının bir cəbhəsi və ya birləşmiş koalisiyası yaratmağa çalışmaq”da günahlandırılıb. Bu yaxınlarda Əziminin ailəsi onun girov müqabilində azadlığa buraxılmasını istəyib, ancaq təhlükəsizlik qurumları buna mane olublar.

Qeyd edək ki, milli fəal daha öncə Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində qəddarlığı ilə tanınan Əbülqasım Səlavatinin sədrliyi ilə keçirilən məhkəmədə “ölkənin milli təhlükəsziliyinə qarşı toplaşmaq və sövdələşmək” ittihamı ilə 5 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə isə bir il həbs cəzasına məhkum edilib.

Exit mobile version