Azərbaycanİran

Həbs olunan azərbaycanlı fəalların qeyri-müəyyəm həbsi 7-ci aya daxil oldu

Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin həbs etdiyi milli fəalların Tehrandakı Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsi 7-ci aya daxil olub.

İranın məhkəmə sitetminin bu şəxslərə qarşı irəli sürdüyü ittiham “daxili və xarici təhlükəsizliyə qarşı kollektiv toplaşma və sövdələşmə, ayrı-ayrılıqda isə rejim əleyhinə təbliğat və casusluq”dur.

Molla rejimi saxta ittihamlarla bir neçə dəfə fəalların bəzilərini mühakimə edib. Onlar hələ də müvəqqəti zaminə buraxılmırlar. Fəalların bəziləri uzun müddətli aclıq aksiyaları keçirib.

Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Əzimi Qədim, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə, Murtəza Pərvinin rejimin ETTELAAT qüvvələri tərəfindən bu günə qədər həbs olunduqdan 6 aydan çox vaxt keçib. Lakin onlar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button