Oktyabrın 1-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Ettelaat) əməkdaşları tərəfindən saxlanılan tanınmış media fəalı Siyavuş Süleymanipurun taleyi barədə məlumat əldə etmək mümkün olmur.
Onun həbs edilməsindən 18 gün keçməsinə baxmayaraq harada saxlanıldığı və nədə ittiham olunduğu ilə bağlı əlaqədar dövlət qurumları açıqlama vermirlər.
Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəhbəri, “Çiçhest News” saytının məsul meneceri və lisenziya sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə mədəni fəaliyyətinə görə çağırılıb, təhdid edilib və saxlanılıb.