Azərbaycanİran

Güneyli xanım yazıçı ETTELAAT- aparılıb

Son günlər milli-mədəni fəallara qarşı təzyiqlərin davamında Güney Azərbaycanın tanınmış yazıçı və şairlərindən olan Nigar Xiyavi İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz bölməsinə çağırılıb.

Onun ailəsinin verdiyi məlumata görə, avqustun 15-də ETTELAAT məmurları Nigar Xiyaviyə zəng edərək Təbriz təhlükəszizlik idarəsinə getməsini istəyiblər.

Bildirilib ki, telefon zəngindən qısa müddət sonra məmurlar onun evinə hücum edərək axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən kitablar, komputer və mobil telefonunu müsadirə ediblər.

Dindirilmək üçün idarəyə aparılan Nigar Xiyavinin hələlik həbs edilib və ya sərbəst buraxıldığı barədə dəqiq məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, avqustun 14-də də başqa yazıçı xanım Ruqəyyə Kəbiri ETTELAAT-a çağırılıb və bir neçə saatlıq sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Bunların avqustun 14-də bir qrup təbrizli xanımın Urmu gölü ilə bağlı şəhər fərmandarlığı qarşısında etiraz aksiyası keçirmələri ilə bağlı olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button