Azərbaycanİran

Güneyli siyasi məhbusun vəziyyəti ağırlaşıb

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin həbsxanasında saxlanılan Həmid Qaraoğlaninin durumu aclıq aksiyasının 18-ci günündə ağırlaşıb.

Buna baxmayaraq, həbsxana rəhbərliyi onun müalicəsi üçün heç bir addım atmayıb.

Qeyd edək ki, epilepsiya və bir neçə başqa xəstəlikdən əziyyət çəkən Həmid Qaraoğlani müalicəsinə icazə verilməməsinə etiraz olaraq 13 yanvar tarixindən aclıq aksiyasına başlayıb .

Həmid Qaraoğlani 27 iyun 2020-ci ildə saxlanılıb, 28 sentyabr 2020-ci ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub. O, “ABŞ və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbus barəsində çıxarılan edam qərarı sonradan 13 il həbs cəzasına dəyişdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button