Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, hüquq müdafiəçisinə dekabrın 4-də 8 mlyard 500 milyon tümən (90 min dollar) girov qarşılığında 21 gün müddətinə məzuniyyət hüququndan istifadə imkanı verilib..
Bu, bir neçə xəstəlikdən əziyyət çəkən fəalın həyatının təhlükədə olması il bağlı beynəlxalq təşkilatların İran hökumətinə sərt xəbərdarlıqlarından sonra baş tutub.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Bir müddət əvvəl isə Tehranın Cinayət Məhkəməsi, edam cəzalarının dayandırılması tələbi ilə həbsxanada keçirdiyi etiraz aksiyasına görə Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verib.