Azərbaycanİran

Güneyli siyasi məhbus məhkəmə prosesinə qatılmaqdan imtina edib

Güneyli hüquq müdafiəçisi, siyasi məhbus və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin yaxınları tərəfindən idarə olunan İnstagram hesabında onun dünən barəsində açılan iş üzrə məhkəmə iclasında iştirak etməyə razı olmadığı bildirilib.

Məlumata görə, Nərgiz Məhəmmədi İnqilab Məhkəməsini “ölkənin gənclərinin qəssabxanası” adlandırıb.

Bildirilib ki, o, təhlükəsizlik qurumlarına, o cümlədən məhkəmələrə bağlı hakimlərin orada iştirak etmək səlahiyyətlərinə və etibarına inanmır.

Qeyd olunub ki, məhkəmənin müstəqil olmaması, qanunsuz keçirilməsi və müttəhimlərin müdafiə hüquqlarının pozulması güneyli məhbusun məhkəmə prosesinə qatılmaqdan imtina etməsinin digər səbəblərindəndir.

#NergizMehemmedi

Related Articles

Bir cavab yazın

Back to top button