Bu barədə məlumatı Qərbi Azərbaycan əyalətinin Qılıncoynatma Federasiyasının başçısı Əli Nəcəfzadə verib.
O, əyalətin 5 idmançısının Özbəkistanda keçiriləcək yeniyetmə və gənclər arasında Asiya çempionatına və Macarıstanda keçiriləcək dünya çempionatına yollanacağını deyib.
Onun sözlərinə görə, azərbaycanlı idmançılar 15-21 mart tarixləri arasında Macarıstanda keçiriləcək dünya çempionatında iştirak edib və yarışlarda lazımi xalları toplayacaqları təqdirdə 2024-cü il Olimpiadasında iştirak etmək üçün lisenziya qazanacaqlar.
Nəcəfzadə Macaristanda keçirilən dünya çempionatından öncə idmançıların 24 fevral 6 mart tarixləri arasında Özbəkistanın paytaxtı Taşkəndə keçiriləcək Asiya Çempionatına qatılacaqlarını bildirib.