Bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.
Şura Bəyanat yayaraq məhkəmənin qərarını pisləyib və Cəfər İbrahiminin ağır xəstə olmasına diqqət çəkərək, həbsin onun həyatına qarşı hakimiyyətin sui-qəsdi olduğunu yazıb.
Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə – aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə, 5 il azadlıqdan məhrum edilib.