Müəllimlər məişət problemlərinin çoxalmasına, bahalıq və inflyasiya səviyyəsinin artmasına baxmayaraq, təqaüdlərinin artırılmamasına, qanunla nəzərdə tutulmuş hüquqlarının təmin olunmamasına etiraz ediblər.
Narazı müəllimlər bununla yanaşı, etiraz aksiyalarında həbs edilən həmkarlarının sərbəst buraxılması barədə şüarlar da səsləndiriblər.
Qeyd edək ki, eyni gündə İranın daha 4 əyalətində müəllimlər oxşar tələblərlə aksiyalar keçiriblər.