Site icon Aznews TV

Güneyli milli fəalların məhkəmə iclası keçirilib

Bu barədə fəalların yaxınları məlumat yayıb.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilənməhkəməyə Əbülqasım Salabvati başçılıq edib.

Məhkəmədə Əbduləziz Əzimi Qədim ,Mürtəza Pərvin, Tahir Nəqəvi, Ayda Sədiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Bağır Hacızadə, Kamal Nuri və Abdullah Vahidinin işinə baxılıb.

Onlara qarşı “Ölkənin milli təhlükəsizliyinə zərbə vurma qüçün əlbir olmaq”, “rəhbəri təhqor etmək” və “casusluq”da günahlandırılıblar.

Fəalların barəsində çıxarılan qərarın yaxın vaxtlarda elan ediləcəyi bildirilib.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

Exit mobile version