Şərqi Azərbaycan əyalətinin Apelyasiya Məhkəməsi 24 iyul 2021-ci ilin etiraz aksiyalarına görə saxlanılan təbrizli milli-mədəni fəal Nadir Sadiqiyan barəsində son qərarı elan edib.
Bundan öncə Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsində mühakimə olunan və barəsində 4 ay həbs, 6 milyon tümən cərimə cəzası çıxarılan Sadiqiyanın cərimə cəzası 2 il müddətinə ertələnib.
“Məhkum iki il müddətində müxalif və separatçı qruplarla əlaqədən çəkinməli, əyalətdən və ölkədən qırağa çıxmaq istədikdə Şərqi Azərbaycanın təhlükəsizlik idarəsinə məlumat verməli və müvafiq rəy verildikdən sonra səfərə çıxmalıdır. İslami Cəza Qanununun 54-cü maddəsinə əsasən məhkum olunan şəxs nəzərdə tutulan müddət ərzində tələb olunan qaydaları pozduqda, məhkəmənin göstərişlərini yerinə yetirmədikdə öncəki cəzasından başqa barəsində yeni cəza tədbirləri görüləcəkdir”-deyə, Apelyasiya Məhkəməsinin son qrarında bildirilib.
Qeyd edək ki, milli fəaların həbs və cərimə cəzalarının ertələnməsi onların davamlı olaraq təhlükəsizlik və məhkəmə sisteminin nəzarıti, basqısı altında olmalarına, fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş addımdır.
Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
“kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittiham olunub.
Xatırladaq ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.
Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və bu kimi şüarlar səsləndirilib.
Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.
Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.
Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb