Azərbaycanİran

Güneyli məhbus jurnalist prokurorluğa çağırılıb

Tehranın Evin həbsxanasının qadınlar bölməsində saxlanılan güneyli jurnalist Nazila Mərufian həbsxana prokurorluğuna çağırılaraq dindirilib.

Bu barədə jurnalistin ailəsinə yaxın mənbələr məlumat yayıblar.

Məlumatda bildirilib ki, Nazila Mərufian yenidən dindirilib və barəsində irəli sürülmüş “hökumətə qarşı təbliğat” və “toplaşmaq və əlbir olmaq” ittihamları üzrə son müdafiəsini edib.

O, cari ilin yanvar ayında “ictimai rəyi çaşdırmaq məqsədilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq” ittihamına görə iki il azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button