Site icon Aznews TV

Güneyli məhbus həbsxanada çəkdiyi rəsimləri sərgiləməsindən sonra hədələnib

Aktivist mayın 5-də ailəsi ilə qısa danışıqla çəkdiyi rəsimlərə görə Evin Həbsxanasının Mühafizə Şöbəsinə aparıldığı və istintaq olunaraq məmurlar tərəfindən hədələndiyini bildirib.

Müstəntiq onu belə bir hərəkətlər edərsə əleyhinə yeni iş açılacağı ilə hədələyib.

“ANT” xəbər portalı həmçinin bildirib ki, aktivistin Tehran şəhəri Evin Həbsxanasının 4-cü Palatasında “Ağ Ləkə” adı ilə sərghilədiyi rəsimlər digər məhbuslar tərəfindən alqışlanıb.

Onun 1 may fəhlələr və müəllimlər günü münasibəti ilə, həmçinin icbari hicaba qarşı çəkdiyi rəsmilər  Tehran şəhəri Avtobus Nəqliyyatı Cəmiyyətinin işçiləri sindiaktının Teleqram kanalında və digər sosial şəbəkələrdə paylaşılıb.

Mürtəza Pərvin 3 aydır həbsdə saxlanılır və bel onurğasında yırtıq xəstəliyinə görə əziyyət çəkir. Ona hələ də müalicə xidmətləri alamsına icazə verilmir.

Həmçinin həbsdə olduğu müddətdə vəkillə təmin hüququndan məhrum qalıb və barəsində tədqiqatın bitirilməsinə qədər qanun olarq mülk sənədi qoyuluşu ilə müvəqqəti azad olunmasına icazə verilmir.

Exit mobile version