Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güneyli jurnalistə qarşı cinsi zorakılıq

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan jurnalist Nazila Mərufiyana qarşı cinsi zorakılıq edilib.

Bu barədə o, həbsxanadan yaydığı səs yazısında deyib.

Jurnalist qeyd-şərtsiz azadlığa buraxılması, ləyaqətinin bərpası və həbsi zamanı onu döyən məmurların cəzalandırılması tələbi ilə sentyabrın 1-dən aclıq aksiyasına əl atıb.

Nazila Mərufiyan bu il dördüncü dəfədir həbs edilir. O, “hakimiyyətə qarşı təbliğat” ittihamına görə 1 il həbs və 15 milyon tümən cəriməyə məhkum ediliib.

Qeyd edək ki, 2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button