Sosial mediada açıqlama yayan jurnalistin anası qızının iki həftədədir həbs edilməsinə baxmayaraq, onun nədə ittiham olunuduğu barədə məlumat verilmədiyini bildirib.
“Nəsim təhlükəsizlik məmurları tərəfindən həbs edilib. O, Evin həbsxanasının təkadamlıq kamerasına salınıb və bir neçə gündən sonra ümumi palataya köçürülüb. Barəsində açıqlama verilmədiyi üçün onun durumundan nigəranıq”,-deyə, jurnalistin anası bildirib.
Qeyd edək ki, Nəsim Sultanbəyli yanvarın 11-də xaricə getmək üçün Tehran hava limanına getdikdən sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib.
Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 30 jurnalist həbsdə saxlanılır.