Azərbaycan

Güneyli ixtiraçılar beynəlxalq mükafata layiq görülüb

Şərqi Azərbaycanın Şəbistər şəhərindən olan ixtiraçılar İsveçrənin 48-ci Ümumdünya İxtira Müsabiqəsində böyük uğur əldə ediblər.

Onlar məlumat və kompüter elmləri sahəsində yuxunun keyfiyyətini yaxşılaşdıran cihaz hazırladıqları üçün bürünc medallar və müsabiqənin rəsmi sertifikatını qazanıblar.

Martın 16-dan 20-dək İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Mənəvi Mülkiyyət Mərkəzinin rəsmi dəstəyi, Dünya İxtiraçılar Assosiasiyası və Avropa Birliyinin bir çox nüfuzlu elmi, tədqiqat və sənaye mərkəzləri tərəfindən keçirilən yarışda Rumina və Rojita Şirazi bacıları üçübcü yeri tutublar.

Yarışa dünyanın müxtəlif ölkələrindən 550 ixtiraçı qatılıb və 3 güney azərbaycanlı bu yarışlarda birinci və üçüncü yerləri tutublar.

Bundan öncə təbrizli Davud Beheştizadə ixtira etdiyi “Yüksək dayanıqlı beton və izolyasiyadan ultra yüngül divar paneli” ixtirası dünyanın ən yaxşı texniki və mühəndis ixtirası seçilib

Related Articles

Bir cavab yazın

Back to top button