Azərbaycanİran

​​Güneyli işçi hərəkatı fəalı aclıq aksiyası keçirir

Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şəhabi aclıq aksiyasına başlayıb.

O, hakimiyyətin və həbsxana rəhbərliyinin məhbuslara qarşı zalım və ayrı-seçkiliyə dayanan əməllərinə etiraz olaraq aksiyaya əl atıb.

“Həkimlər Rza Şəhabinin təcili şəkildə həbsxanadan qıraq xəstəxanada boyun və belindən əməliyyat olunmasını tövsiyə etsələr də, ədliyyə sistemi və həbsxana rəhbərliyi buna icazə vermir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Related Articles

Bir cavab yazın

Back to top button