Azərbaycanİran

Güneyli idmançı Səhənd Nurməhəmmədzadə ikinci dəfə gözündən əməliyyat olunub

Ümummilli etirazlar zamanı həbs olunan şəxslərdən biri, güneyli idmançı Səhənd Nurməhəmmədzadə ikinci dəfə gözündən əməliyyat olunub. Həbsxanada ona edilən təzyiqlər gözünün vəziyyətinin kəskinləşməsinə səbəb olub.

Nurməhəmmədzadənin göz qişasının içərisində ləkə yaranıb. O, əvvəllər lazer əməliyyatı keçirib, lakin problem həll olunmayıb və iyulun 1-də yenidən gözündən əməliyyat olunub.

Bu etirazçı bu il martın 12-də müalicə olunmaq üçün 9 milyard tümənlik girovla müəyyən müddətə həbsdən azad edilib.

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzasına dəyişdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button