Azərbaycanİran

Güneyli hamilə qadın: “Yeməyə heç nəyimiz yoxdur”

Xoydakı zəlzələdən sonra əlacsız vəziyyətdə qalan güneyli gənc qadın ürəkdağlayan müraciət edib.

Gənc qadın müraciətində “Vəziyyətimiz çox pisdir. Bizim dadımıza heç kim yetişmir. Yoldaşım gedir, 3 gündür ona çadır vermirlər. Mən hamilə qadınam. Hava soyuqdur, üşüyürük. Yeməyə heç nəyimiz yoxdur. Evimiz dağılıb, kömək edin”, – deyə müraciət edib.

Qeyd edək ki, Xoyda bir neçə gün öncə 5 ballıq gücündə zəlzələ qeydə alınıb. Evləri yerlə-yeksan olan əhali hələ də küçədə gecələməyə məcbur olublar.

Rejim İranın digər bölgələrindən, şəhərlərindən, Urmu, Soyuqbulaq, Səlmas, Sulduzdan və s. gələn yardımları əngəlləyir, yardım alınıb əhaliyə paylanılmır. Yaxud da yardım dolu maşınların qarşısı kəsilir. Əhalini bir yerə cəmləyib, çadır verilməsi ilə bağlı onlara qol çəkdirib, sonra heç nə vermədən yola salırlar. Həmçinin rejim Türkiyənin Qızıl Aypara Cəmiyyətinin köməyini də qəbul etmir.(Cebhe.info)

Related Articles

Bir cavab yazın

Back to top button