Azərbaycanİran

Güneyli həkim sürgündə həbsə göndərildi

Güney azərbaycanlı həkim Həmid Qarahəsənli 15 illik həbs cəzasını çəkmək üçün Yəzd şəhərinin həbsxanasına köçürülüb. 

Eyni zamanda, onun həyat yoldaşı Fərzanə Qarahəsənli 5 illik həbs cəzasını çəkmək üçün Məşhəd şəhərinə köçürülüb.

2022-ci il noyabrın 4-də 54 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və həyat yoldaşı, 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarımhərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs ediliblər.
Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum olunub.

Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button