
Yardımların üzərinə “Xoy zəlzələsində zərər çəkənlərin Türkiyədə zəlzələdən zərər çəkən bacı-qardaşlarına yardımı” yazısı yapışdırılıb.
Qeyd edək ki, bundan öncə Təbriz, Urmu, Ərdəbil və Güney Azərbaycanın başqa bölgələrindən də yardımlar toplanaraq Türkiyə konsulluğu vasitəsilə zəlzələdən zərər çəkənlərə göndərilib.