Azərbaycan milli hərəkatı fəalının həbsindən 10 gün keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı məlumat yoxdur və valideynləri dəfələrlə müraciət etsələr də, dəqiq cavab ala bilməyiblər.
Fevralın 14-15-də fəalın atası oğlunun vəziyyətini öyrənmək üçün prokurorluqla əlaqə saxlayıb və onunla görüşmək istədiklərini bildirib. Bir neçə saatdan sonra müvafiq prokurorlar: “Oğlunuz burada deyil”, deyiblər.