Site icon Aznews TV

Güneyli fəal Siyamək Qaradağlı həbs edilib

Həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlayan Qaradağlı iyulun 16-da prokurorluğa aparıldığı və yenidən təcridxanaya qaytarıldığını bildirib.

Şərqi Azərbaycanın Əhər şəhərindən olan milli fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi fakültəsini bitirib.

Onun hər il iyunun sonu, iyulun ilk günlərində Bəzz qalasında keçirilən illik Babək qurultayına qatıldığı üçün saxlanıldığı ehtimal edilir.

Exit mobile version