Bu müddətdə onun ailəsinə vəziyyəti barədə məlumat verilməyib, eyni zamanda onun ailəsi ilə əlaqə saxlamağı da yasaq edilib.
Cənab Sudbər 14 gün öncə ailəsi ilə bir neçə saniyəlik telefon danışığında aclıq aksiyasına başlayacağını bildirib.
Onun qızı Tarla dekabrın 22-si əlində #Cavad-Sudbər (جواد-سودبر#) haştağını tutaraq, paylaşdığı videoda Azərbaycan xalqından atasının sərbəst buraxılması üçün səsinə səs verməsini xahiş edib.