AzərbaycanDünya

Güney azərbaycanlı idmançı Bolğraistanda ilin mükafatını alıb

Güney azərbaycanlı xanım taekvandoçu və Avropa çempionu Kimiya Əlizadə Bolğarıstanda "İlin ilhamverici qadını" mükafatına layiq görülüb.

Bu mükafat ona, qadın haqları uğrundakı fəaliyyətlərinə və idman sahəsindəki uğurlarına görə verilib.

Əlizadə Boğaristanda sığınacaq aldıqdan sonra Avropa çempionatının qızıl, Paris Olimpiadasının isə bürünc medalını qazanıb.

Qeyd edək ki, Kimiya Əlizadə 1988-ci ildə Kərəc şəhərində azərbaycanlı ailədə doğulub. O, taekvando və İran qadın idmanı üzrə ölkə və beynəlxalq miqyasda 6 tarixi rekorda imza atıb.

İranın Olimpiya oyunlarında medal alan yeganə qadın idmançısı Əlizadə, 2020-ci ilin yanvarında İranın idmançılardan siyasi-ideoloji məqsədlər üçün istifadəsinə etiraz olaraq ölkəni tərk edib.

Related Articles

Bir cavab yazın

Back to top button