Site icon Aznews TV

 GÜNEY AZERBAYCAN TƏŞKİLATLARININ AÇIQLAMASI

MHP başqanı cənab Dövlət BAHÇELİ Türkiyə Cumhurbaşqanlığı heyətini ziyarəti zamanı prezident Rəcəb Tayyib Ərdoğana onların hazırladıqları Türk Dünyası xəritəsini təqdim etmiş və iki türk dövlət adamının bu xəritə ilə çəkdirdiyi şəkillər Türk Dünyasında eləcə də dünya mətbuatında yer aldı. Xüsusilə “Türk Dövlətləri Təşkilatı”nın İstanbul zirvə toplantısından sonra bu jestin gerçəkləşməsi özəl məna və önəm daşıyır.
Müstəqil türk dövlətlərinin, azad olmayan türk yurdlarının bu xəritəyə salınması təqdir edilmiş və bütün Türk Dünyasında olduğu kimi Güney Azərbaycanda və İranda yaşayan ayrı türklər üçün də sevinc mənbəyi olmuşdur. Bu irəlləyiş bir daha sübut etdi ki, müstəqil türk dövlətləri azad olmayan türk torpaqlarının taleyinə biganə qalmamış, onları sevindirsə də, müstəmləkəçi dövlətləri narahat edirdi. Əslində bu iddianın sadəcə söz olmadığı Qarabağ Zəfəri ilə ən dəqiq şəkildə sübuta yetirilib və Türk Dünyasının gerçəkdən bir olduğu bütün dünyaya bəyan edilib. Bu səbəbdən iki ağsaqqalımıza bir daha təşəkkür etməyi özümüzə borc bilirik.
Ancaq bu müsbət mühitin tam olması üçün biz Güney Azərbaycan təşkilatları olaraq bir mövzuda məlumat verməyi vacib hesab edirik. Yəni hamıya aydın olduğu kimi, Güney Azərbaycanın coğrafiyası Türkiyə və Quzey Azərbaycan sərhədlərindən başlayaraq Həmədana qədər bitişik torpaqlara qədər davam edir və o bölgəyə səfər edən hər kəs bilir ki, o torpaqlarda Azərbaycan türkcəsi danışılır və bölgə əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləridir. Ancaq tərtib edilən xəritədə Güney Azərbaycanın coğrafiyası yalnız Zəncan şəhərinə qədər göstərilib, Qəzvin, Sava, Həmədan və Kərəc eləcə də Ərak kimi türk bölgələri xəritədə göstərilməyib. Bu vəziyyət Güney Azərbaycan türklərində təşviş yaradıb və bir çox vətəndaşımız qurumlarımıza gəlib bu məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.
Güney Azərbaycan təşkilatları olaraq ümid edirik ki, hörmətli dövlət xadimi cənab Dövlət BAHÇELİ bu məsələni nəzərə alacaq və bu və ya gələcək araşdırılmalarda gərəkən dəyişiklikləri edəcək.

Ən dərin hörmət və sevgi ilə

Yaşasın Türk Birliyi

1-Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Müqavimət Təşkilatı (Müqavimət)
4- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Exit mobile version