Site icon Aznews TV

Güney azərbaycanlı şair, inqilabçı Səid Salmasinin anım günüdür

4 mart 1888-ci ildə indiki Qərbi Azərbaycan əyalətinin Salmas mahalının Dilməqan bölgəsində dünyaya gəlib.

İlk və orta təhsilini bitirdikdən sonra ilk dəfə olaraq doğulduğu şəhərdə yeni üslubda “Səidiyyə” məktəbini təsis edərək, uşaqların modern təhsil alması üçün böyük vəsait xərcləyib.

Səid Salmasi ticarətlə məşğul olan ata-anası ilə birgə Bakıya səfər edərək, burada “Orucov qardaşları” mətbəsi ilə tanış olur. Bundan sonra oxşar modern mətbənin ilk dəfə olaraq Təbrizdə qurulmasına nail olub.

Məşrutə hərəkatının gənc iştirakçılarından olan Səid Salmasi İstanbul səfərindən qayıtdıqdan sonra 1908-ci il yanvarın 5-də Xoy yaxınlığında məşrutəçilərlə mərkəzi hakimiyyət arasında baş verən döyüşdə 20 yaşında həyatını itirib.

Cəmi 20 il yaşamasına baxmayaraq, o, Salmasda tanınmış mədəniyyət xadimi, siyasi fəal və inqilabçı kimi tanınmağı bacarıb. (Kult.az)

Exit mobile version