İran

Güney azərbaycanlı milli-mədəni fəal Maqsud Əlizadə

Aban ayının 6-da Güney azərbaycanlı milli-mədəni fəal Maqsud Əlizadə Ərdəbil əyalətinin Ettelaat Baş İdarəsinə çağırılaraq bir neçə saat sorğu-sual edilib.

Əlizadənin yaxınlarının verdiyi bilgiyə görə, ötən gün iş saatları boyunca Ərdəbilin Ettelaat İdarəsindən dəfələrlə edilən zənglərdən sonra milli fəal Maqsud Əlizadə Ərdəbil Baş Ettelaat İdarəsinə gedərək orada dindirilib.

Təhdid və psikoloji basqılarla 3 saatdan artıq davam edən dindirmə zamanı İranın əmniyət orqanı məmurları Əlizadəni təhdid ediblər.

Beləliklə onlar mədəni fəalı uyarıblar: Mədəni fəaliyyətlərindən əl çəkməsən, əks halda sənin də aqibətin İranda həbsdə olan başqa azərbaycanlı fəalların taleyi ilə eyni olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button