İran

Güney Azərbaycanlı milli fəalın ailəsi, həbs edilən çağda övladlarını döyən məmurlardan şikayət edib.

1400 -cü il şəhrivərin 18-də Təbrizdə həbs olunan azərbaycanlı milli fəal Ruzbe Pi:rinin ailəsi Təbrizdəki 16 -cı Qolkar Şöbəsinin müstəntiqinə şikayət edərək, həbs zamanı övladlarını döyənlərlə qanun şərçivəsində şikayətlərinə baxılmasını istəyiblər. Onlar Pərvəndənin araşdırmaq üçün, infiradidə cənab Pi:ri ilə bağlı Pezişki-  Qanuninin mötəmid həkimləri vasitəsi ilə müayinə olmağını istəyiblər. Ru:zbe Pi:rinin ailəsi Pərvəndənin məsulu Mu:səvidən istəyiblər ki, infiradi də ovladlarının döyülmək izləri toxtamadan Pezişki – Qanuniyə muayinə imkanı yaratsınlar.

Məhusun yaxınlarına və şahidlərinə görə, Təbriz jurnalının müdiri, Nəvid E`tidal öyrənci təşkilatının qurucusu habelə “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan cənab Pi:ri o tutuqlanan çağda məhkəmə zabitləri tərəfindən şiddətli şəkildə döyülmüşdü. Məmurlar onu avtomobilə mindirərkən üz-gözü qanlı olub.

Related Articles

Bir cavab yazın

Back to top button