Güney Azərbaycanın Təbriz şəhərində yaşayan milli fəal Ruzbeh Piri bu gün fevralın 12-də İranın əmniyət qüvvələri tərəfindən saxlanılıb.
“Aznews tv” xəbər verir ki, bu barədə fəalın qardaşı Yaşar Piri özünün “Instagram” hesabındakı paylaşımında məlumat verib.
Əmniyət qüvvələri onu heç bir məhkəmə əmri olmadan atasının evinə girərək aparıblar.
Xatırladaq ki, Ruzbeh Piri daha öncə 6 il müddətinə azadlıqdan məhkum edilib, lakin daha sonra Apellyasiya Məhkəməsi fəal barəsində çıxarılan hökmü 3 il 8 aya endirib.
Hökumət güney azərbaycanlı milli fəal Ruzbeh Piriyə qarşı əksər fəallarda olduğu kimi “hakimiyyət əleyhinə təbliğat fəaliyyəti” və “hakimiyyətə qarşı qruplarda üzvlük” kimi saxta ittihamlar irəli sürüb.