Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Təhlükəsizlik məmurları Milad Azmun və onunla birgə həbs edilən başqa 3 gənci 1 ay əbvvəl Qızılhisar həbsxanasından alaraq naməlum yerə aprıblar.
Onların ailələrinin gənclərin talei və harada saxlanıldıqları ilə bağlı müraciətləri cavabsız qalıb.
Ailələr Milad Azmun və başqa gənclərə qarşı ağır ittihamlar irəli sürüldüyünə görə onların gizli edam ediləcəklərindən nigarandırlar.
Qeyd edək ki, əslən Xiyavın (Meşkin) Qoşa kəndindən olan 25 yaşlı Milad Azmun və başqa dörd gənc 3 noyabr 2022-ci ildə etiraz aksiyaları zamanı SEPAH-a bağlı yarım hərbi Bəsic qüvvələrinin üzvü Arman Aliverdini ölürməkdə ittiham olunub.
Azərbaycanlı gənc işgəncə edilib, kamera qarşısına çıxarılsa da, barəsində irəli sürülən ittihamı qəbul etməyib. Ancaq buna baxmayaraq Tehran məhkəməsi onu “”müharibə ittihamı ilə edama məhkum edib.